Ətraf mühit və şüşə

  • Home
  • /
  • Ətraf mühit və şüşə

Hal-hazırda dünyada və ölkəmizdə həyata keçirilən layihələrin əksəriyyətinin “hi-tech” üslubunda olması binaların fasadlarında şüşə elementlərdən yetərincə istifadə edilməsinə gətirib çıxarır. Bu zaman binaların qızdırılması və soyudulması böyük həcmdə enerji və maddi vəsait tələb edir. Paralel olaraq həmin enerjinin alınması üçün istifadə olunan yanacaq məhsullarından təbiətə buraxılan qazlar ekologiyaya ciddi ziyan vurur. Mütəxəssislərin hesablamalarına görə istənilən tikililərdən, binalardan, yaşayış evlərindən itirilən istilik enerjisinin 45%-i pəncərələrin, 30%-i divarların, 14%-i damın, 11 %-i isə döşəmənin payına düşür. ArchiGlass şirkəti enerjiyə qənaət və ətraf mühütə vurulan ziyanlarin azaldılması məqsədi ilə şüşə paketlərdə emissivitenti daha aşağı olan bərk örtüklü (K-şüşə) və yumşaq örtüklü (İ-şüşə) aşağı emissiyali şüşələrdən istifadə etməklə gunəşqoruyucu, enerjiqoruyucu və digər coxfunksiyalı şüşə paketlər istehsal edir. Həmçinin, şüşə paketlərdə şüşələr arasındakı kameraya adi hava əvəzinə istilik keçiriciliyi daha aşağı olan arqon qazı vurulur ki, bu da öz növbəsində şüşələnmiş məkanda istiliyin daha çox qorunmasına səbəb olur. Misal olaraq qeyd edə bilərik ki, 30 m2 sahədə bərk örtüklü “K-şüşə”dən hazırlanmış şüşə paketlə şüşələnmiş yaşayış məkanında 1 il ərzində 437 litr şərti yanacaq qənaət olunur. Bu göstərici adi şüşə paketlə şüşələnmış məkanla müqayisədə iki dəfə azdır. Əgər şüşə paketlər yumşaq örtüklü”İ-şüşə”lərdən hazırlanarsa, il ərzində qənaət olunmuş şərti yanacaq miqdarı 790 litrə çatır. Beləliklə, yuxarıda sadaladığımız aşağı emissiyalı şüşələrdən istifadə etməklə, eyni zamanda şüşə paketlərdə arqon qazı işlətməklə, qənaət olunmuş enerjinin istehsalı hesabına təbiətə vurulan ziyanı dəfələrlə azaltmaq mümkündür. Nəticədə atmosferə buraxılan ziyanlı qazlar bir neçə dəfə azalır və atmosferin çirklənməsinin qarşısı alınır.