Çoxlaylı şüşə – iki və ya daha çox şüşənin bir birinə, aralarında bir və ya bir neçə laylı PVB (polivinilbutiral) material istifadə etməklə, temperatur və təzyiq vasitəsilə üst-üstə yapışdırılmasıdır. Laminat şüşələr sındığı zaman parçaları olduğu yerində qalaraq yaralanmanın qarşısını aldığı üçün təhlükəsiz hesab edilir, həmçinin yad cisimlərin bir tərəfdən digər tərəfə keçməsinin qarşısını alar. Tavanlarda və əyilmiş şəkildə (bucaq altında) olan konstruksiyalarda istifadə olunması mütləqdir.
Təhlükəsizlik səviyyəsini artırmaq üçün çoxlaylı şüşələrin istehsalı zamanı temperli şüşələrdən də istifadə olunur. İnsanların və mülkiyyətlərinin təhlükəsizliyi, ogurluq, vandalizm, silahlı basqın və partlayışdan müdafiəsinin təmin olunma dərəcəsini, çoxlaylı şüşələrin tərkibi və aralıqdakı
PVB-laylarının sayı müəyyən edir. Çoxlaylı laminat şüşələrin üstünlükləri: Zərbəyə davamlılığı və eyni zamanda zədələnərkən olduğu mövqedə dayanaraq qalması mühafizə baxımında əhəmiyyətlidir. Sındığı zaman iri qəlpələrin və iti uclu hissələrin olmaması insanların yaralanmasının və xəsarət almasının qarşısını alır. Müxtəlif çaplı odlu silahlardan, terror və partlayış zamanı yaranmış qəlpələrdən, həmçinin partlayış zamanı alov və səs dalğalarından müdafiə üçün əhəmiyyətlidir. Çoxlaylı şüşələrdə istifadə olunan PVB səsboğucu qabiliyyətə malikdir. Çoxlaylı şüşələrdə PVB UB-şüaları buraxmadıgından əşyaların təbii rənginin uzun müddət qorunub saxlanılmasına şərait yaradır Müasir memarlıqda şüşə konstruksiyalardan geniş istifadə olunur. Binaların interyer və eksteryerinə estetik görünüş bəxş edən, müxtəlif funksiyaları özündə cəmləşdirən şüşələr, həmçinin, insanların təhlükəsizliyini də təmin etməlidir.