NAİLİYYƏTLƏR və mükafatlar

  • Home
  • /
  • NAİLİYYƏTLƏR və mükafatlar

“Glass House” şirkətinin nəaliyyətlərinin ən başlıcası, müştərilərə yaratdığı potensial imkanlar,  dünya standartlarına uyğun istehsal etdiyi məhsullar,  punktual , təcrübəli kadrlardır.

Bunun nəticəsi olaraq:

01.03.2010-cu il tarixində Parisdə fəaliyyət və biznes sahəsində əldə etdiyi nailiyyətlərə görə “Keyfiyyət Üzrə Avropa Qızıl Mükafatı” (Yeni Minillik Mükafatı) ilə təltif edilmişdir.  Mükafat “Ticarət Liderləri Klubu” təşkilatı və “OFİS” nəşriyyatı tərəfindən verilmişdir.

29.03.2010-cu il tarixində Berlində şirkətimiz “Mükəmməllik və Qüsursuz İcrasına Görə”, “Otherways Management Association Club” tərəfindən ümumdünya mükafatı ilə təltif edilmişdir.

Şirkətimiz 24.04.2012-ci il tarixində şüşə emalı sahəsində əldə etdiyi nailiyyətlərə görə “UĞUR 2011” Milli Mükafatlarına layiq görülmüşdür. 05.12.2012-ci il tarixində isə “Şüşə emalı sənayesi” nominasiyasında “İlin Şirkəti” Milli Mükafatlarına layiq görülmüşdür. Hər iki Milli Mükafat tanınmış biznes jurnalı olan “Consulting and Business” jurnalı tərəfindən təsis edilmiş və öz fəaliyyət sahələrində seçilmiş şirkətlərə təqdim olunur.

20.04.2012-ci ildə şirkətin keyfiyyəti  idarəetmə sistemi yoxlanılmış və  şüşələrin emalı, temperlənməsi və digər şüşə məmulatların hazırlanması sahəsində İSO 9001:2008 Standartına layiq görülmüşdür.

Rusiya, Moskva

27.03.2013

“Glass House” şirkətinin istehsalı olan gülləkeçirməz şüşələrin sınağı “ARMOR TEST” Sertifikatlaşdırma və tədqiqatlar mərkəzində həyata keçirilmiş və uyğunluq sertifikatı təqdim olunmuşdur.

  • 9 mm kalibrli 57-H-181C patronlarla PM tapançadan atəş açan zaman gülləyə davamlılıq üzrə qorunmanın birinci dərəcəsi (polad özəkli Pst gülləsi)

  • 7,62 mm kalibrli 57-H-134C patronlarla TT tapançadan atəş açan zaman gülləyə davamlılıq üzrə qorunmanın ikinci dərəcəsi (polad özəkli Pst gülləsi)

  • 7,62 mm kalibrli 57-H-231 patronlarla (istiliklə möhkəmləndirilməmiş polad özəkli PC gülləsi) AKM avtomatından atəş açan zaman və 5,45 mm kalibrli 7H6 patronlu (istiliklə möhkəmləndirilməmiş polad özəkli PC gülləsi) AK-74 avtomatdan atəş açan zaman gülləyə davamlılıq üzrə qorunmanın üçüncü dərəcəsi.