Temperli şüşələrin istehsalı

  • Home
  • /
  • Temperli şüşələrin istehsalı

Temperləmə – şüşənin bərk haldan yumşalma temperaturuna qədər qızdırılıb (650˚C) yüksək təzyiq ilə ani olaraq soyudulması (60˚C) prosesidir. Məqsəd şüşənin daxilində genişlənmə, səthinə yaxın sahədə isə sıxılma yaradaraq şüşənin fiziki özəlliklərini dəyişməz saxlayıb zərbəyə və istiyə dözümlülüyünün artırılmasıdır. Əgər temperli şüşə qırılarsa, adı şüşədən fərqli olaraq onun hissələri çox kiçik və sinmiş hissəciklərin kənarlarının küt olduğundan yaralanma və kəsmə riskini məhdudlaşdırır. Bu xüsusiyyətlərinə görə temperli şüşələr təhlükəsiz şüşələr sinfinə aid olunur və məişətdə geniş istifadə olunur. Temperli şüşələrin üstünlükləri: Zərbəyə davamlılıq adı şüşədən 6-7 dəfə çoxdur İstiliyə dayanıqlıdır (təxminən 200˚C) əyilməyə müqaviməti yüksəkdir – 120 N/mm2 (adi şüşədə-60 N/mm2) sındığı zaman xəsarət yetirməyən xırda hissələrə bölünür və s. temperli şüşələri emal etmək, eyni zamanda yonmaq, kəsmək və deşmək olmaz. Şirkətimiz tərəfindən temperli şüşələr Finlandiyanın “Tamglass” avadanlığında istehsal olunur.

Şüşənin min ölçüsü: 250mm x 100mm
Şüşənin max ölçüsü: 3900mm x 2440mm
Şüşənin qalınlığı: 4mm – 19mm