23 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi”nə start verən “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisinin açılışı oldu. Dörd gün davam edən sərgidə iştirak edən “Glass House” şirkəti laminat şüşələr, temperli şüşələr, gülləkeçirməz şüşələr , enerjiqoruyucu şüşə paketlər, dekorativ, vitraj şüşələr və digər şüşə məhsulları ilə ziyarətçilərin diqqətini cəlb etmişdir.