Çoxlaylı laminat şüşələrin istehsalı

  • Home
  • /
  • Çoxlaylı laminat şüşələrin istehsalı

Çoxlaylı şüşə – iki və ya daha çox şüşənin bir birinə, aralarında bir vəya bir neçə laylı PVB (polivinilbutiral) material istifadə etməklə, temperatur və təzyiq vasitəsilə üst-üstə yapışdırılmasıdır. Laminat şüşələr sındığı zaman parçaları olduğu yerində qalaraq yaralanmanın qarşısını aldığı üçün təhlükəsiz hesab edilir, həmçinin yad cisimlərin bir tərəfdən digər tərəfə keçməsinin qarşısını alar. Tavanlarda və əyilmiş şəkildə (bucaq altında) olan konstruksiyalarda istifadə olunması mütləqdir.

Təhlükəsizlik səviyyəsini artırmaq üçün çoxlaylı şüşələrin istehsalı zamanı temperli şüşələrdən də istifadə olunur. İnsanların və mülkiyyətlərinin təhlükəsizliyi, ogurluq, vandalizm, silahlı basqın və partlayışdan müdafiəsinin təmin olunma dərəcəsini, çoxlaylı şüşələrin tərkibi və aralıqdakı PVB-laylarının sayı müəyyən edir. Çoxlaylı laminat şüşələrin üstünlükləri: Zərbəyə davamlılığı və eyni zamanda zədələnərkən olduğu mövqedə dayanaraq qalması mühafizə baxımında əhəmiyyətlidir. Sındığı zaman iri qəlpələrin və iti uclu hissələrin olmaması insanların yaralanmasının və xəsarət almasının qarşısını alır. Müxtəlif çaplı odlu silahlardan, terror və partlayış zamanı yaranmış qəlpələrdən, həmçinin partlayış zamanı alov və səs dalğalarından müdafiə üçün əhəmiyyətlidir. Çoxlaylı şüşələrdə istifadə olunan PVB səsboğucu qabiliyyətə malikdir. Çoxlaylı şüşələrdə PVB UB-şüaları buraxmadıgından əşyaların təbii rənginin uzun müddət qorunub saxlanılmasına şərait yaradır. Istehsal prosesində, çoxlaylı laminat şüşələrdən, polimerdən istifadə etməklə, xüsusi texnologiyanın köməyi lə gülləkeçirməz, zərbəyə davamlı, zirehli şüşələr əldə olunur. Müasir memarlıqda şüşə konstruksiyalardan geniş istifadə olunur. Binaların interyer və eksteryerinə estetik görünüş bəxş edən, müxtəlif funksiyaları özündə cəmləşdirən şüşələr, həmçinin, insanların təhlükəsizliyini də təmin etməlidir. Təhlükəsizliyi təmin etmək üçün inşaatda, gülləkeçirməz, zərbəyə davamlı , xüsusi zirehli şüşələrdən istifadə olunur. Belə şüşələr, silahlı basqından, zərbədən, vandalizmdən müdafiə məqsədi ilə hazırlanır. Zirehli şüşələr ticarət obyektlərində, banklarda, mağazalarda, lombard xidməti obyektlərində, vacib obyektlərin mühafizə postlarında, polis idarələrində və s. istifadə olunmalıdır.

“Glass House” şirkəti müştərilərinə gülləkeçirməz, zərbəyə davamlı , zirehli şüşələr təklif edir. Zirehli şüşələr güllədən müdafiə qabiliyyətinə görə siniflərə bölünür. Ən yüksək sinif üçüncü müdafiə sinfi sayılır. Bu sinfə aid olan şüşələr AKM tipli avtomatdan açılan (57-H-231 güllə , kalibr 7,62 mm ) gülləyə davam gətirir. İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq müştərilərimizə yüksək xidmət göstəririk. İstehsal prosesində, çoxlaylı laminat şüşələrdən, polimerdən istifadə etməklə, xüsusi texnologiyanın köməyi lə gülləkeçirməz, zərbəyə davamlı, zirehli şüşələr əldə olunur.

Maksimal ölçü: 4550mm x 2600mm
Minimal ölçü: 300mm x 550mm
Maksimal qalınlığı: 80mm