Rodaj Şüşə bərk maddə olduğundan kəsilərkən kənarları nahamar şəkildə qalır ki, bu da həm vizual olaraq, həm də təhlükəsizlik baxımından effektiv olmur. Kəskinliyi aradan qaldırmaq üçün şüşənin kənarına 45˚ və 90˚ bucaq altında xüsusi rodaj və polirovka daşları ilə təmas olunur ki, nəticədə tam cilalanmış, müxtəlif formalı, təhlükəsiz səthlər əldə etmək olur.
Ikitərəfli rodaj (double edger) isə şüşələrin eyni zamanda iki paralel tərəfinin rodaj etdiyi üçün şüşələr tam dəqiq ölçülərdə və diaqonal fərqi olmadan emal olunur. Qeyd etmək istəyərdik ki, diaqonalları eyni olması inşaat sektorunda mühüm əhəmiyyət kəsb edir.
İkitərəfli rodaj
Şüşənin qalınlığı: 3mm -19mm
Şüşənin min və max eni: 300mm – 4000mm
Əyrixətli rodaj vasitəsilə kənarları düzxətli olmayan şüşələr ideal şəkildə rodajlanır. Bu da müxtəlif interyer və eksteryer işlərində xüsusi zövqləri təcəssüm etdirməyə imkan yaradır. İstənilən formada kəsilmiş şüşələrin kənarlarını düz formalı, karandaş formalı, iki və üç pilləli cilalamaq (rodaj) və parlaqlaşdırmaq mümkündür.
İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan şaquli, əyrixətli və iki tərəfli rodaj avadanlıqlarından istifadə olunur.
Şüşənin qalınlığı: 3mm -19mm
Şüşənin min və max ölçüsü: 100mm – 2100mm