Vitraj şüşələr özündə incəsənətin və memarlığın vəhdətini təşkil edir. Bu şüşələrin hazırlanması üçün şüşənin səthinə qara və ya rəngli konturlarla dekorativ təsvirin silueti çəkilir. 24 saat quruduqdan sonra həmin konturların arasındakı sahələr təsvirə uyğun olaraq rənglənir. 150-dən artıq müxtəlif standart rənglərin olması və həmçinin istənilən rəngin hazırlana bilməsi təsvirin rəngarəng alınmasında mühüm əhəmiyyət kəsb edir. Həmçinin avadanlığın 3D rejimində işləyə bilməsi əyilmiş şüşələr üzərində də vitraj işlərinin görülməsinə şərait yaradır. Vitraj şüşələrin vitraj səthinin şüşə paketlərin iç tərəfinə qoyulması məsləhət görülür. İstifadə olunan rənglər İngiltərə istehsalıdır ki, bu da orijinallığına görə parlaqlığını, elastikliyini, texniki tərkibini və digər xüsusiyyətlərini uzun illər qoruyub saxlayır. İngiltərənin “CRİ 3D” avadanlığından istifadə olunur.
Hörmətli müştərilər!
Bu ilin Oktyabrın 5-dən etibarən boyaların qiymətinin aşağı düşməsi ilə əlaqədar vitraj məhsullarının qiymətlərinə sifariş həcmindən asılı olaraq 37%-dən 50%-dək endirim olacaq!
Salon “VİTRAJLAR”
Ünvan: A.Bakıxanov küç.,62
Tel: (+994 12) 441-33-89,
Mob: (+994 50)233-53-22, (+994 77) 277-25-03 [email protected]